Çəkilişin istiqaməti: azla çox yaratmaq
Bu vizual dildə əsas məqsəd məhsulun təbii və vegan olmasını, dəriyə qulluqda sadəliyin və sağlamlığın ön planda olduğunu göstərmək idi. Sadə, isti tonlu fonlar, təbii daş teksturaları və insan dərisi ilə təmas detallarına üstünlük verdim.
Scrub məhsulları üçün
- Tərkibin toxuması ön planda verildi (duz və qəhvə skrab)
- Əl ilə məhsula toxunma — real istifadənin hissi
- Yumşaq işıq, incə kölgələrlə minimal kompozisiya


Sun oil üçün
- Məhsulun istifadəsini göstərən detallı vizuallar
- Tropik hissi verən sarı fon və kölgə oyunu
- Tətbiq edilən səhnələrdə dəriyə parıltı və sağlam görünüş hiss etdirildi
İşıq və atmosfer
Çəkilişdə softbox və diffuzer kombinasiyası ilə yumşaq işıq verildi. Kölgələrin kəskin olmaması brendin səmimi və təbii mesajına uyğunluq yaratdı. Eyni zamanda bəzi səhnələrdə günəş işığı effekti verən kölgə oyunları ilə günəş yağı məhsuluna bağlılıq yaradıldı.
Nəticə
Sadə fondlar, dekorasiyasız kompozisiyalar və istifadəyə fokuslanmış çəkilişlər nəticəsində həm brendin vegan və təbii mesajı çatdırıldı, həm də məhsulların estetik baxımdan keyfiyyətli görünməsi təmin olundu.
Blog

Kosmetika və Dəriyə Qulluq Məhsullarının Foto və Video Çəkilişi Bələdçisi
Kosmetika və dəriyə qulluq sahəsində ilk təəssürat vizuallarla formalaşır. İstər Instagram postu, istər vebsayt,...

Vizualın Anatomiyası — #4: Christian Breton — Sürreal Dinamika
Sürrealist məhsul fotoqrafiyasında dinamikanın və diqqətin idarəsi
Bu vizual sadəcə məhsulların təsadüfi şəkildə...

Toyuq Məhsullarının Fotoqrafiyası
Məhsul fotoqrafiyası yalnız məhsulu göstərmək deyil, onun dadını, keyfiyyətini və brend dəyərini vizual dildə...

Suşi Fotoqrafiyası
Suşi təkcə yemək deyil — bu, zəriflik, dəqiqlik və vizual estetikadır. Qida fotoqrafiyasında suşi xüsusi yer tutur,...

Premium Kürü Fotoqrafiyası
Premium kürülər — xüsusilə qara ikra (black caviar) — yalnız ləzzət deyil, lüks həyat tərzinin simvoludur. Bu səbəblə...

Kolbasa və Sosiska Fotoqrafiyası
Ət məhsullarının — xüsusilə kolbasa və sosiskanın — fotoqrafiyası yalnız iştah açmaqla kifayətlənməməlidir....

Məhsul Fotoqrafiyası: Biznesinizi Necə İrəli Aparır?
Məhsul fotoqrafiyası biznesiniz üçün sadəcə bir seçim deyil, zərurətdir.














