Qida fotoqrafiyası

Bakıda qida fotoqrafı


Bakıda qida fotoqrafı axtarırsınızsa, doğru ünvandasınız. İştah açan, yüksək keyfiyyətli yemək fotoları ilə restoran menyularınızı, sosial media postlarınızı və reklam kampaniyalarınızı fərqləndirirəm. Çəkilişlər həm studiyada, həm də məkanınızda aparılır. Yeməkləriniz vizual olaraq da dadlı görünsün deyə, hər detal düşünülür.

Biz nələri təklif edirik?

    • Professional qida stilistikası və işıq quruluşu
    • Həm klassik, həm kreativ yanaşma
    • Restoran, kafe, şirniyyat evi və məhsul brendləri üçün fərdi konseptlər

Qida fotoqrafiyası nədir və niyə vacibdir?

Qida fotoqrafiyası — yeməyin dadını şəkillə hiss etdirmək sənətidir. Online sifarişlər, restoran menyuları, sosial şəbəkələrdə paylaşım və reklam üçün cəlbedici qida fotoları satışın açarıdır. Göz oxşayan vizual yeməklər, iştah açır və müştəriyə qərar verməyə kömək edir.


Qida fotoqrafiyası satışa necə kömək edir?

  • Yaxşı foto müştərinin diqqətini 3 saniyədə çəkir.
  • Vizual iştah artırır, qərar vermə müddətini azaldır.
  • Reklam və Instagram postlarında klik və bəyənmə sayını artırır.
  • Müştərilər “foto realdırsa, yemək də belədir” düşünür.
  • Təsirli vizual brend imici yaradır.
Restoran menyusu üçün qida fotosu

Restoranlar üçün menyu və sosial media çəkilişi

  • Menyu üçün sadə, iştah açan tərzdə fotolar
  • SMM üçün konseptual, dinamik və rəngli görüntülər
  • Çəkiliş zamanı yeməyin təqdimatı və dizaynına dəstək
  • Günlük story, post və kampaniyalar üçün fotolar
  • Tək yemək, set menyu, qrup menyusu və içki bölmələri üçün ayrıca çəkilişlər
Bakıda qida fotoqrafiyası

Sürrealistik qida fotoqrafiyası

Sıradan fotolardan fərqli olaraq, sürreal qida çəkilişləri — qeyri-adi rakurslar, uçan maddələr, konseptual fonlar və maraqlı tərtibatlarla izləyicidə vizual heyranlıq yaradır. Bu tip fotolar reklam kampaniyalarında və viral sosial media paylaşımlarında əvəzolunmazdır.

Çöl reklamları üçün qida fotosu

Klassik natürmort

Klassik qida natürmortlarında işıq, tarazlıq və sadəlik əsasdır. Qədim üslublara əsaslanan bu çəkilişlərdə şamlar, taxta fonda çörək, pendir, meyvə kimi elementlər ilə nüfuzlu və estetik brend imici yaradılır. Qastronomiya jurnalları və lüks restoranlar üçün uyğundur.

Bakıda natürmort çəkilişi
Ayaz Mikayılzadə — Bakıda peşəkar qida fotoqrafı

Brendinizi vizualla danışdırın!

Sizə uyğun konsept, düzgün işıq, peşəkar baxış. Əgər siz də bakıda məhsul fotoqrafı, reklam üçün foto və video çəkilişi, ya da SMM kontenti axtarırsınızsa — elə bu gün tanış olaq!

Tel: +994 70 292 00 47
Email: mikayilzadeh@gmail.com
Ünvan: Mirəli Qaşqay 39B, Bakı

AZ
EN