Bakıda məhsul videoları və Reels çəkilişləri
Sosial şəbəkələr üçün Reels və TikTok videoları
SMM strategiyanızın vacib hissəsi olan Reels videoları ilə izləyici cəlbini və məhsul marağını artırın.
- Instagram Reels və TikTok üçün 9:16 formatında dinamik videolar
- Kreativ ideya və ssenari yazılması
- Sürətli montaj və animasiyalar
- Səs, musiqi və effektlərlə diqqətçəkən montaj
- Trendlərə uyğun montaj stili
Satış üçün əsas vizual silahınız
İnsanlar artıq məhsulu almamışdan əvvəl onu hərəkətdə görmək istəyir. Peşəkar məhsul videoları, sürətli və kreativ Reels çəkilişləri ilə izləyicini cəlb edin, satışları artırın. Bakıda reelsmaker və videographer axtarırsınızsa, məhsulunuz üçün həm studiyada, həm də real məkanlarda yüksək keyfiyyətli kontent təqdim edirəm.
Məhsul videolarının satışa təsiri nədir?
- Alıcı məhsulu real görür, inam artır
- Material, forma və istifadə qaydasını daha aydın göstərmək olur
- Məhsulun funksiyası və fərqliliyi vizual təqdim edilir
- Brendin imici yüksəlir və yadda qalır
- E-commerce və sosial media üçün ideal kontent olur
Süni intellekt dəstəkli video montaj və ideyalar
Müasir video istehsalı sürət və kreativlik tələb edir. Təklif etdiyim xidmətlər çərçivəsində süni intellekt (AI) texnologiyasından istifadə edərək videolarınızı həm vizual, həm də texniki baxımdan maksimum dərəcədə gücləndirirəm. AI sayəsində videoların montajı daha sürətli həyata keçirilir, eyni zamanda müxtəlif qrafik və vizual əlavələr əlavə etmək mümkündür.
Xidmətlərim aşağıdakı imkanları əhatə edir:
- Qrafik və vizual əlavələr: Videolara animasiyalar, yazılar, effektlər və digər vizual elementlərin əlavə edilməsi.
- Səs dəyişiklikləri və mastering: Səsin keyfiyyətinin artırılması, səs effektləri və musiqi uyğunlaşdırılması.
- AI ilə ssenari və ideya təklifləri: Videonun konseptindən tutmuş final versiyasına qədər kreativ ssenari tövsiyələri.
Kimlər üçün uyğundur?
- SMM üçün daim kontentə ehtiyac duyan brendlər
- Online satış edən mağazalar
- Instagram və TikTok marketinqi aparan şirkətlər
- Menyusunu video ilə tanıtmaq istəyən restoranlar
- Yeni məhsul çıxaran bizneslər
Təqdim etdiyim xidmətlər:
- Məhsul videoları (masaüstü, istifadədə, sadə fonlu)
- Sosial şəbəkələr üçün qısa videolar
- Reklam və təqdimat videoları
- Studiyada və məkanlarda çəkiliş
- Sürətli montaj, retouch, rəng korreksiyası
Bakıda Reelsmaker və məhsul videographer axtarırsınız?
Məhsul videoları, Reels çəkilişi, reklam video çəkilişi, süni intellektlə montaj və kreativ ssenarilər — bunları bir yerdə təqdim edirəm. Brendinizə vizual güc qatmaq üçün indi əlaqə saxlayın.
Tel: +994 70 292 00 47
Email: mikayilzadeh@gmail.com
Ünvan: Mirəli Qaşqay 39B, Bakı