Haqqımda
Salam! Mən Ayaz Mikayıl-zadə.
14 ildir fotoqraf və videoqraf kimi fəaliyyət göstərirəm.
Uzun illərdir əsas fəaliyyət sahəm məhsul çəkilişləri, yaradıcı reklam kontenti və brend vizualı üzərində qurulub.
Məqsədim — markaların bazarda daha güclü görünməsi, satışlarının artması və auditoriyada yadda qalması üçün effektiv vizual həllər təqdim etməkdir.
Yaradıcı yanaşma, texniki dəqiqlik və düzgün vizual strategiya — mənim işimdə əsas prinsiplərdir.

Təhsil və Nailiyyətlər
1990-cı ildə Bakıda anadan olmuşam.
2007-ci ildə orta təhsilimi bitirib, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuşam. Həmin il “Say Cheese!” layihəsi çərçivəsində “Photoman 2013” müsabiqəsinin finalçılarından biri olmuşam və Şərq Tərəfdaşlığı Ölkələrinin Beynəlxalq Məktəbində 4 aylıq onlayn təhsil qazanmışam.
Sərgilər və uğurlar:
- 2013 — “Photoman 2013” finalçısı
- 2014 — “Ekologiya”, “Təmiz Şəhər”, “Be Gentle” sərgiləri
- 2014 — “Tonga” foto müsabiqəsində 2-ci yer
- 2014 — “Circle” foto sərgisinin kuratoru
- 2014 — Azərbaycan Fotoqraflar Assosiasiyasının üzvü
- 2015 — “Minimalizm” müsabiqəsində 1-ci yer
- 2017 — “Fotoqrafların Gözündə Könüllü Hərəkatı” sərgisi
- 2017 — Fotoqraflar İttifaqının Nəzarət-Təftiş Komissiyası
- 2018 — 35 Awards: “Extreme Sports” üzrə dünya TOP 50
- 2018 — 35 Awards: “Bodyart” üzrə dünya TOP 100
- 2019 — 35 Awards: Fashion & Glamor üzrə Azərbaycanda TOP 35
- 2020 — “Faciənin Fotosu” sənədli filminin operatoru


Yanaşmam və İxtisaslaşma
Məhsul və qida fotoqrafiyasında ixtisaslaşmışam.
İşıq, rəng və kompozisiyadan istifadə edərək məhsul və yeməkləri vizual hekayəyə çevirirəm.
Mən fotoqrafiyanı sadəcə sənət deyil, brendin vizual dildə danışan güclü vasitəsi kimi görürəm. Məqsədim məhsulu sadəcə göstərmək deyil — onu vizual hekayəyə çevirməkdir.

Brendinizi vizualla danışdırın!
Sizə uyğun konsept, düzgün işıq, peşəkar baxış. Əgər siz də bakıda məhsul fotoqrafı, reklam üçün foto və video çəkilişi, ya da SMM kontenti axtarırsınızsa — elə bu gün tanış olaq!
Tel: +994 70 292 00 47
Email: mikayilzadeh@gmail.com
Ünvan: Mirəli Qaşqay 39B, Bakı