Onlayn satışda ilk diqqəti çəkən şey — fotodur. İnsanlar məhsulun texniki xüsusiyyətlərinə baxmazdan əvvəl şəkilə baxır. Yəni foto — sizin satış nümayəndənizdir. Amma bir məsələ var ki, çoxları bu seçimdə çaşır: məhsulu ağ fonda çəkim, yoxsa konseptual fonda?
Bu yazıda həm Trendyol, Amazon, Umico kimi platformalarda hansı fonun işə yaradığını, həm də sosial şəbəkələrdə markanıza hansı fonun dəyər qatdığını bölüşəcəm.



Ağ fon nə zaman istifadə olunmalıdır?
Ağ fon — klassikdir. Təmizdir. Bütün diqqəti məhsulun özünə yönəldir. Əsas üstünlüyü isə ondan ibarətdir ki, bütün e-ticarət platformaları bunu tələb edir.
Hansı platformalarda ağ fon vacibdir?
- Trendyol
- Amazon
- Umico
- AliExpress
Bu platformalarda fonun sadə, neytral və məhsula fokuslanmış olması satışa və qəbul prosesinə birbaşa təsir edir.
Ağ fonun üstünlükləri:
- Təmiz və diqqətçəkən vizual
- Saytlarda daha tez qəbul edilir
- Fotoşopda daha rahat işlənir
- Məhsul kataloqlarında bir-birinə uyğun görünür
Amma bir nüans var: düzgün işıqlandırılmayanda və ya ağ yer “boz” düşəndə şəkil ucuz görünə bilər. Bunu nəzərə almaq vacibdir.



Konseptual fon nə vaxt daha uyğun gəlir?
Əgər məqsədiniz təkcə satmaq yox, marka hekayəsi danışmaqdırsa, konseptual fon daha güclü işləyir. İnsanlar bu cür fotolarda məhsulu həyat tərzinin bir parçası kimi görür.
Konseptual fon harada işləyir?
- Instagram və Facebook postları
- Reklam kampaniyaları
- Brend saytları və afişalar
- Yaradıcılıq və emosiya tələb edən məhsullar (parfüm, əl işi, aksesuarlar və s.)
Konseptual fonun üstünlükləri:
- Brend emosiyası yaradır
- Müştərinin yaddaşında qalır
- Rəqabətdə sizi fərqləndirir
- Kreativ yanaşma ilə məhsula “ruh” verir
Məsələn, qış üçün termofincan satırsınızsa, onu sadəcə ağ fonda yox, isti tonlu fon, yorğan, kitab və buxarlanma effekti ilə təqdim etmək daha inandırıcıdır.



Nəticə: Hansını seçməli?
- Yalnız satış platformalarına yerləşdirəcəksinizsə — ağ fon daha düzgündür.
- Brendinizi emosional və vizual olaraq gücləndirmək istəyirsinizsə — konseptual fon istifadə edin.
- Ən ideal yol: Hər iki versiyanı çəkmək. Eyni məhsul üçün həm sadə, həm də yaradıcı foto, sizə çox yönlü istifadə imkanı verir.
Blog

Natürmort Janrının Tarixi

Rənglərin Sirri: İtten Dairəsi Nədir və Fotoqrafiyada Niyə Əhəmiyyətlidir?

Birdəfəlik Qabların Fotoqrafiyası

Eynək Fotoqrafiyası

Şüşə Məhsul Fotoqrafiyası

Kitab, Jurnal və Nəşriyyat Məhsullarının Cəlbedici Fotolarını Çəkmək üçün Məsləhətlər

Mükəmməl Məhsul Fotoları Çəkmək üçün 7 İpucu

Məhsul Fotoqrafiyasında Makro Çəkiliş

Lifestyle Fotoqrafiyası

Kreativ və Konseptual Fotoqrafiya

Qida və İçki Məhsullarının Fotoqrafiyası

Elektronika və Texnologiya Məhsullarının Çəkilişinə Məhsul Fotoqrafının Bələdçisi

Kosmetika və Dəriyə Qulluq Məhsullarının Foto və Video Çəkilişi Bələdçisi
