



Product photography
foto və video çəkilişi
Məhsul satışlarınızı artıran və brendinizi yadda qalan edən vizual həllər
Məhsul fotoşəkilləri, reklam videoları və sosial media üçün uyğun materiallarla həm satışınızı, həm də imicinizi bir addım irəli aparın.
Foto və Video xidmətləri

Məhsul Fotoqrafiyası
Məhsul fotoqrafiyası vizual marketinq strategiyasının ayrılmaz hissəsidir. Brendinizin unikallığını vurğulayan, satışları artıran və müştərilərin inamını qazanan yüksək keyfiyyətli məhsul fotoları təqdim edirik.
Niyə Peşəkar Məhsul Fotoqrafiyası Vacibdir?

Qida Fotoqrafiyası
Yeməklərin iştah açan görünüşü satışları və restoran imicini gücləndirir. Peşəkar qida fotoqrafiyası ilə yeməklərinizi ən cəlbedici formada təqdim edirik, restoran və kafe menyularınız, sosial media postlarınız və reklam kampaniyalarınız üçün vizuallar yaradırıq.
Niyə Peşəkar Qida Fotoqrafiyası Vacibdir?
Brendləşmədə Məhsul Fotoqrafiyasının Rolu
Məhsul fotoqrafiyası sadəcə vizual təqdimat deyil — bu, brendin dəyərini və peşəkarlığını birbaşa göstərən ən güclü vizual ünsiyyət vasitəsidir. İlk təəssürat bir neçə saniyə içində formalaşır və bu təəssüratı çox zaman yalnız bir şəkil yaradır. Rəqabətli bazarda, sadə mobil şəkillərlə peşəkar vizual arasında fərq, bir satışla min satış arasında fərq ola bilər. Çünki insanlar gördüyünə inanır və gördüyü nə qədər peşəkardırsa, inam və maraq da bir o qədər artır.
Video Reels
Video məzmun, məhsul haqqında qısa zamanda maksimum məlumat vermək üçün əvəzolunmaz vasitədir. Hərəkət, səs, istifadə qaydaları və funksiyaların real təqdimatı — hamısı bir arada.

Kosmetika və dəriyə qulluq məhsulları
Bu kateqoriyada müştəri vizual görünüşə əsaslanaraq qərar verir. Təmiz, estetik və inandırıcı vizualar satışa birbaşa təsir edir.
Təqdim etdiklərim:
- Model üzərində konseptual fotosessiyalar
- Lookbook çəkilişləri
- Detal fotoları və styling vizualları
- Dinamik reels və təqdimat videoları

Elektronika və texnologiya məhsulları
Müştəri məhsulun funksiyasını və dizaynını vizual olaraq dəyərləndirir. Texniki dəqiqlik və estetik birləşməlidir.
Təqdim etdiklərim:
- Detallı və işıqlandırması düzgün məhsul fotoşəkilləri
- İstifadə anlarını göstərən qısa demo videolar
- Texniki xüsusiyyətləri izah edən animasiyalı vizuallar

Qida və içki məhsulları
Yaxşı çəkilmiş bir foto müştərinin iştahasını açır. Duyğulara xitab edən görüntülər satışları artırır.
Təqdim etdiklərim:
- Stilizə olunmuş food-fotolar
- TikTok və Instagram üçün qısa video reseptlər
- Məhsulun hazırlanma prosesindən vizuallar
- Reklam üçün slow-motion və makro detallar

Ağ fonda məhsul fotoşəkilləri
- Sadə, diqqəti yalnız məhsula yönəldir
- E-ticarət saytları (Amazon, Umico və s.) üçün standartdır
- Kataloq və reklam üçün təmiz görünüş yaradır

Lifestyle fotoşəkilləri
- Məhsulun real həyatda necə istifadə edildiyini göstərir
- Müştəridə emosional əlaqə yaradır
- Sosial media və reklam kampaniyaları üçün idealdır

Kreativ və konseptual fotoşəkillər
- Fərqli fonlar, işıq və dekorla yaradıcı kompozisiyalar
- Brendin xarakterini vurğulayır
- Reklam postları, afişa və kampaniyalar üçün unikal görüntülər

Detallı və yaxın plan (macro) çəkilişlər
- Məhsulun tekstura, material və detalları ön plana çıxarılır
- Zərgərlik, kosmetika və yüksək keyfiyyətli məhsullar üçün vacibdir
- Alıcının inamını artırır
Əlaqə
Tel: +994 70 292 00 47
Email: mikayilzadeh@gmail.com
Ünvan: Mirəli Qaşqay 39B, Bakı